[İş Radarı](https://isradar.com.tr/) / [İş ilanları](https://isradar.com.tr/ilanlar) / Content Moderator - Azerbaijani and English

Aktif
Hibrit
Ankara
Yayınlandı · 06.09.2026
LinkedIn Jobs Türkiye

# Content Moderator - Azerbaijani and English

Concentrix

Pozisyon Content Moderator
• Azerbaijani and English İş Tanımı Karyeranıza bu gün Concentrix-də başlayın! Concentrix Haqqında İnqilabi karyeranın gücünü yaşayın Növbəti addımı axtarırsınız? Biz gələcəyin brendlərini gücləndirən qlobal texnologiya və xidmət lideriyik. Gündəlik istifadə etdiyiniz tanınmış brendlərə 70-dən çox ölkədə texnologiya və inteqrə olunmuş həllərlə bizneslərini inkişaf etdirməyə kömək edirik. İl boyu “Dünyanın Ən Yaxşı İş Yerləri”, “Karyera İnkişafı üçün Ən Yaxşı Şirkətlər” və “Ən Yaxşı Şirkət Mədəniyyəti” kimi mükafatlarla tanınmağımızdan qürur duyuruq. Əgər inkişaf etmək və ilham almaq istəyirsinizsə, evdən işləmə (home office) formatında Müştəri Xidmətləri Təmsilçisi olaraq texnologiya, maliyyə, səyahət, moda, səhiyyə və daha bir çox sahədə gələcəyin brendlərini gücləndirən komandamızın bir hissəsi olacaqsınız. Bu rolda nə edəcəksiniz Komandamızda Müştəri Xidmətləri Təmsilçisi olaraq siz: Dünyanın ən məşhur sosial media tətbiqlərindən birində bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız Müştəri müraciətlərini və gözləntilərini nəzərdən keçirərək ehtiyac və vəziyyətlərinə uyğun cavablar verəcəksiniz Müxtəlif kanallar vasitəsilə qarşılıqlı əlaqələri idarə edəcək, məzmun idarəçiliyi və moderasiyasını həyata keçirəcəksiniz İnsanların həyatını yaxşılaşdıran proqram təminatlarından istifadə etməyi öyrənəcək və bacarıqlarınızı artıracaqsınız Müştərilərimiz üçün daha yaxşı marka təcrübələri yaradacaqsınız Tələbləriniz Concentrix aşağıdakı xüsusiyyətlərə sahibsinizsə sizin üçün ideal seçimdir: Azərbaycan dilini səlis şəkildə danışırsınızsa Proaktiv, özünü motivasiya edən və həll yönümlüsünüzsə Növbəli və həftəsonu növbələrində işləyə bilirsinizsə Yerli və ya xarici orta məktəb və ya daha yüksək təhsilə sahibsinizsə Sizə nə təklif edirik Bu Vəzifədə Sizə Unikal Həyat Tərzinizi Dəstəkləyən Üstünlüklər Təqdim Edirik Tam və ya yarımştat daimi əmək müqavilələri (təcrübənizə və müştərilərimizin ehtiyaclarına əsasən razılaşdırıla bilər) Rəqabətli əmək haqqı və performans bonusu Dostunu tövsiyə et (referans) bonus imkanları Şirkət və layihə haqqında tam ödənişli təlimlər Karyera inkişaf proqramları, xüsusi kurslar və dil dərsləri Concentrix bərabər imkanlar yaradan işəgötürəndir Biz qlobal miqyasda bir komanda, bir şirkət olaraq qürurla birləşmişik. Bütün namizədlər üçün bərabər məşğulluq imkanlarını və ayrı-seçkilikdən və zorakılıqdan uzaq iş mühitini dəstəkləyirik. İşə qəbul proseslərimiz irqi mənsubiyyət, yaş, cinsiyyət kimliyi, cinsi yönüm, din, etnik mənşə, ailə və ya valideyn statusu, milli mənşə, əlillik və ya qüvvədə olan qanunlarla qorunan hər hansı digər statusdan asılı olmayaraq yalnız iş tələblərinə və peşəkar ixtisaslara əsaslanır. İşləmə Uyğunluğu Türkiyə qanunvericiliyinə uyğun olaraq, yalnız Türkiyədə qanuni şəkildə işləmək hüququ olan namizədlər bu vəzifə üçün nəzərdən keçiriləcəkdir.

Bu ilan LinkedIn Jobs Türkiye kaynağından doğrulandı. Başvuru özgün kaynakta tamamlanır.

[Özgün ilanda başvur ↗](https://isradar.com.tr/ilan/ea867056-e7c3-460f-983a-757796d766e5/git)

## Bu ilan gibi sana uygun rolleri tek tek arama.

CV yükleyerek veya hedef rollerini elle girerek ilk 3 eşleşmeni ücretsiz gör.

[Benim için uygun ilanları bul →](https://isradar.com.tr/uye/kayit)
CV'n işverenlerle paylaşılmaz; yalnızca eşleştirme için işlenir.

Bu ilanda sorun mu var?
